Bakıda mənzildən 110 min manat dəyərində qızıl-zınət əşyaları oğurlanıb

Bakıda mənzildən 110 min manat dəyərində qızıl-zınət əşyaları oğurlanıb Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar aparılır
Hadisə
18 May , 2017 17:52
Bakıda mənzildən 110 min manat dəyərində qızıl-zınət əşyaları oğurlanıb

Bakı. 18 may. REPORT.AZ/ Bakıda mənzildən 110 min manat dəyərində qızıl-zınət əşyaları oğurlanıb.  

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda baş verib.  

Rayonun C.Məmmədquluzadə küçəsindəki evlərdən birində yaşayan 1966-cı il təvəllüdlü B.Məmmədovun mənzilindən açıq pəncərədən keçməklə 3 000 ABŞ dollar və 110 000 manat dəyərində qızıl-zınət əşyaları oğurlanıb. 

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi