Bakıda mənzildən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Bakıda mənzildən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb Hadisə Suraxanı rayonunda qeydə alınıb
Hadisə
15 Dekabr , 2016 11:35
Bakıda mənzildən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Bakıda mənzildən 10 min manatlıq qızıl-zinət əşyası oğurlanıb.

"Report"un xəbərinə görə, hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi AB yaşayış massivi ev 129 mənzil 55-də qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Araz Məcidova məxsus mənzilə naməlum şəxs və ya şəxslər pəncərəni qırmaqla içəri daxil olublar. Mənzildən dəyəri 10 000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi