Bakıda mənzildə xarici vətəndaşın meyiti tapılıb

Bakıda mənzildə xarici vətəndaşın meyiti tapılıb Bakıda mənzildə Hindistan vətəndaşının meyiti tapılıb.
Hadisə
3 Fevral , 2020 10:23
Bakıda mənzildə xarici vətəndaşın meyiti tapılıb

Bakıda mənzildə Hindistan vətəndaşının meyiti tapılıb.

“Report”un məlumatına görə, hadisə fevralın 2-də, paytaxtın Nəsimi rayonu ərazisində yerləşən məşhur yaşayış komplekslərinin birində qeydə alınıb.

Belə ki, kompleksin mənzilində yaşayan Hindistan vətəndaşı, 1987-ci il təvəllüdlü Aqqarval Akanş Arun Kumarın meyiti yaşadığı mənzildən tapılıb.

Araşdırma zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi