Bakıda mənzildə meyitləri tapılan Kamerun vətəndaşlarının cənazəsi ölkələrinə göndərilib

Bakıda mənzildə meyitləri tapılan Kamerun vətəndaşlarının cənazəsi ölkələrinə göndərilib Əcnəbilərinin qohumları Bakıya gəliblər
Hadisə
17 Mart , 2017 15:21
Bakıda mənzildə meyitləri tapılan Kamerun vətəndaşlarının cənazəsi ölkələrinə göndərilib

Bakı. 17 mart. REPORT.AZ/ Bakıda mənzildə 2 ay əvvəl meyitləri tapılan Kamerun vətəndaşlarının cənasəzi ölkələrinə göndərilib.

"Report"un xəbərinə görə, Yasamal rayonunda kirayədə yaşadıqları evdə meyitləri tapılan Kamerun vətəndaşlarından dördünün cənazəsi ölkələrinə aparılıb. 

Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Kamerunun Rusiyada yerləşən səfirliyinə edilən müraciətindən sonra bu gün əcnəbilərinin qohumları Bakıya gələrək Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon Şöbəsindən onların meyitlərini təhvil alıblar. Bu gün səhər 4 əcnəbinin meyiti təyyarə ilə ölkəsinə aparılıb.

Qeyd edək ki, yanvarın 1-də Kamerun vətəndaşı Njonjoh Hans Ekumun Yasamal rayonunda kirayə yaşadığı evdə onun, həmyerliləri Nzemele Esambe Linus, Senan Hke, Takem Paul Atah və Nikvanti Nombe Levisevin meyiti aşkarlanıb. Meyitlərin üzərilərində zorakılıq əlamətləri görünməyib. 

Xatırladaq ki, yanvarın 18-i ölən 5 əcnəbidən birinin, 1994-cü il təvəllüdlü Njonjoh Hans Ekumunun atası Bakıya gələrək oğulunun meyitini ölkəsinə aparıb.

Son xəbərlər

Orphus sistemi