Bakıda mənzildə kişi və qadın meyiti aşkarlanıb

Bakıda mənzildə kişi və qadın meyiti aşkarlanıb Hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb
Hadisə
19 Yanvar , 2016 08:19
Bakıda mənzildə kişi və qadın meyiti aşkarlanıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviçin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Report" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar və vətəndaşların cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:26-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi