Bakıda mənzildə Gürcüstan vətəndaşının meyiti tapılıb

Bakıda mənzildə Gürcüstan vətəndaşının meyiti tapılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
31 Yanvar , 2017 09:54
Bakıda mənzildə Gürcüstan vətəndaşının meyiti tapılıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Bakıda mənzildə Gürcüstan vətəndaşının meyiti tapılıb.

"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, Yasamal rayonu Şərifzadə küçəsində yerləşən evlərin birində 1933-cü il təvəllüdlü Osmanov Diley Qurbanoviçin meyiti aşkarlanıb. D.Osmanovun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Meyitin üzərində hər hansı bir zorakılıq əlaməti görülməyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi