​Bakıda mənzildə baş verən yanğında bir nəfər xəsarət alıb

​Bakıda mənzildə baş verən yanğında bir nəfər xəsarət alıb O, təcili yardım xidmətinə təhvil verilib
Hadisə
25 İyul , 2015 09:28
​Bakıda mənzildə baş verən yanğında bir nəfər xəsarət alıb

Bakı. 25 iyul. REPORT.AZ/ Bakı şəhərinin Pirallahı rayonunda kommunal tipli ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 27 kv.m olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 8 kv.m sahədə yanıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb və yanğınsöndürənlər tərəfindən xilas olunub. O, təcili yardım xidmətinə təhvil verilib. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Son xəbərlər

Orphus sistemi