Yuxarı

Bakıda mənzildə 71 yaşlı qadının meyiti aşkarlanıb

Bakıda mənzildə 71 yaşlı qadının meyiti aşkarlanıb

Bakıda mənzildə 71 yaşlı qadının meyiti aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Hümbətova Enfira Hümbət qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi