Bakıda mənzildə 67 yaşlı kişinin meyiti tapılıb

Bakıda mənzildə 67 yaşlı kişinin meyiti tapılıb 1948-ci il təvəllüdlü Eduard Zamanovun cəsədi aidiyyəti üzrə təhvil verilib
Hadisə
17 May , 2015 03:05
Bakıda mənzildə 67 yaşlı kişinin meyiti tapılıb

Bakı. 17 May. REPORT.AZ/ Bakının Xətai rayonunda mənzildə 67 yaşlı kişinin cəsədi tapılıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, paytaxtın Xətai rayonunda mənzildə 1948-ci il təvəllüdlü Zamanov Eduard Yusif oğlu bağlı qapı arxasında qalıb. 

Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açmış və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. E.Zamanovun cəsədi aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:55-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi