Bakı. 18 noyabr. REPORT.AZ/ Bakının Yasamal rayonunda mənzildə cəsəd aşkarlanıb.
"Report"
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Hacıbəyov Saleh Məmmədrza oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.