​Bakıda mənzildə 48 yaşlı kişi və 38 yaşlı qadın meyiti tapılıb

​Bakıda mənzildə 48 yaşlı kişi və 38 yaşlı qadın meyiti tapılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
9 May , 2016 16:11
​Bakıda mənzildə 48 yaşlı kişi və 38 yaşlı qadın meyiti tapılıb

Bakı. 9 may. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda 1968-ci il təvəllüdlü Qurbanov Şahin Məmmədəli oğlu və 1978-ci il təvəllüdlü Ağayeva Gülnurə Oktay qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

“Report”un xəbərinə görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və vətəndaşları huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı vətəndaşların vəfat etdiyi müəyyən olunub. Əməliyyat saat 15:20-də başa çatıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi