Bakıda məmurun kürəkəni narkotikə görə həbs edilib - ƏLAVƏ OLUNUB

Bakıda məmurun kürəkəni narkotikə görə həbs edilib - ƏLAVƏ OLUNUB Hadisə Suraxanı rayonunda qeydə alınıb
Hadisə
20 Oktyabr , 2017 10:53
Bakıda məmurun kürəkəni narkotikə görə həbs edilib - ƏLAVƏ OLUNUB

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bakıda bələdiyyə işçisi narkotikə görə həbs edilib.

“Report”un xəbərinə görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Məlumata görə, Suraxanı rayon Hövsan qəsəbə bələdiyyəsinin əməkdaşı 1979-cu il təvəllüdlü R.Q. üzərində qanunsuz olaraq narkotik vasitələr saxladığı üçün Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı onun narkotik vasitə aludəçisi olduğu məlum olub. R.Q. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs olunub.

Qeyd edək ki, R.Q.-nın qayınatası Suraxanı Rayon İcra Hakimiyyətində yüksək vəzifə tutur.


Hövsan bələdiyyəsinin sədri Elbrus Xəlilov “Report”un redaksiyasına zəng vuraraq tutulan şəxsin rəhbəri olduğu qurumda işləmədiyini deyib: “Əslində bir nəfər tutulub, lakin o, bələdiyyədə işləmir. Sadəcə, tutulan şəxs polisə ifadəsində özünü bələdiyyə işçisi kimi təqdim edib”.

Son xəbərlər

Orphus sistemi