Yuxarı

Bakıda məktəbliyə hücüm edən manyakın görüntüləri yayılıb - FOTO

Tutulan şəxsin digər analoji cinayətlər törədib-törətmədiyi də araşdırılır

Bakı. 28 yanvar. REPORT.AZ/ Bakıda iki həftə əvvəl məktəbliyə hücüm edən manyakın görüntüləri yayılıb. Görüntüləri “Report”a hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri təqdim edib.

Xatırladaq ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları Bakının Xətai rayonu, Zığ şossesi məhəllələrindən birində X sinif şagirdinə hücum edən 1979-cu il təvəllüdlü Rəşad Firdovsi oğlu Məmmədovu tutub. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Zərərçəkən yetkinlik yaşına çatmadığından onun ad və soyadı açıqlanmır.

R.Məmmədov bu il yanvarın 15-də əvvəlcə qızı izləyib. Şagird binadan içəri daxil olduqdan sonra həmin şəxs də onun ardınca bloka girib. R.Məmmədov qızı döyərək ona xəsarət yetirib. Sonra isə binanı tərk edərək qaçıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir. Tutulan şəxsin digər analoji cinayətlər törədib-törətmədiyi də araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi