Bakıda motosiklet məktəblini vurub

Bakıda motosiklet məktəblini vurub Polis əməkdaşları hadisəni törədən sürücünün axtarışına başlayıb
Hadisə
26 Sentyabr , 2017 08:44
Bakıda motosiklet məktəblini vurub
Foto: Report.az

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bakının Nəsimi rayonunda məktəblini motosiklet vuraraq qaçıb.

"Report" xəbər verir ki, hadisə 13 yaşlı Hüseynov Kənan Elçin oğlu Puşkin küçəsində yolu keçmək istəyən zaman baş verib.

Hadisəyə yüksək sürət səbəb olub. Adı hələlik məlum olmayan sürücü xəsarət alan piyadanı hadisə yerində qoyaraq qaçıb. Ətrafdakıların köməkliyi ilə yaralı hadisə yerinə çağırılan təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya yerləşdirilib. Həkimlər yeniyetmənin vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Polisdən verilən məlumata görə, K.Hüseynov orta məktəb şagirdidir.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışına başlayıb.

Motosiktletin sürücüsü Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Azər Eldar oğlu Vəliyev "Report"a bildirib ki, uşaq yolu keçmək istəyərkən qəfildən motosikletin qabağına qaçıb: "Motosikleti saxlaya bilmədim, motosiklet idarəetmədən çıxaraq uşağa dəydi. Mən özüm də yıxıldım, əllərim əzildi. Buna baxmayaraq dərhal uşağı qucağıma götürüb yaxınlıqdakı tibb məntəqəsinə çatdırdım. Daha sonra Təcili Tibbi Yardıma məlumat verdim. Hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə uşağı 3 saylı Şəhər Klinik Xəstəxanasına apardım. Uşağa zəruri tibbi yardım göstərilib, müayinə və müalicəsi aparılıb və evə buraxılıb.

Son xəbərlər

Orphus sistemi