Yuxarı
    Bağlamaq

    Bakıda məktəbli qızın çantasını əlindən almaq istəyən kişi tutulub

    O, əvvəllər məhkum olunmuş şəxsdir

    Bakı. 26 aprel. REPORT.AZ/ Bakıda 15 yaşlı qıza qarşı soyğunçuluğa cəhd edənin şəxsiyyəti müəyyənləşdirilib.

    “Report”un xəbərinə görə, polisin keçirdiyi əməliyyat nəticəsində Lənkəran şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 177, 180 və 228 maddələri ilə məhkum olunmuş 1988-ci il təvəllüdlü Mirzə Vahabov tutulub.

    Xatırladaq ki, hadisə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi ev 8 B ünvanının qarşısında qeydə alınıb. Həmin ərazidə naməlum şəxs 2002-ci il təvəllüdlü A.İ.-yə qarşı zor tətbiq etməklə məktəbli çantasını əlindən almağa cəhd edib.

    Məktəbli qışqırdığından naməlum şəxs hadisə yerindən qaçaraq uzaqlaşıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi