Yuxarı

Bakıda məktəbli qızı maşın vurub

Hadisə qız yol kənarı ilə məktəbə gedərkən baş verib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bakının Müşviqabad qəsəbəsində məktəblinin vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, aşağı sinif şagirdi olan məktəbli qız bu gün səhər saatlarında "Mercedes" markalı avtomobil tərəfindən vurulub.

Hadisə uşaq sinif yoldaşları və valideyni ilə birgə yol kənarı ilə məktəbə gedən zaman qeydə alınıb.

Ağır xəsarət alan qız dərhal sürücü tərəfindən xəstəxanaya aparılıb. Hazırda yaralının vəziyyəti ağırdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi