​Bakıda məktəblərdən birində yanğın olub

​Bakıda məktəblərdən birində yanğın olub Yanğın saat 06:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
1 Aprel , 2015 09:15
​Bakıda məktəblərdən birində yanğın olub

Bakı. 1 aprel. REPORT.AZ/ Bakı şəhərinin Sabunçu rayonunda Təhsil Nazirliyinə məxsus orta məktəbin ərazisində ümumi sahəsi 50 kv.m olan qazanxananın dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və qazanxananın ətrafına yığılmış məişət tullantıları 5 kv.m sahədə yanıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, qazanxananın qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub. Yanğın saat 06:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi