Yuxarı
    Bağlamaq

    Bakıda məktəbin həyətində dava düşüb, bir nəfər döyülüb

    Ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib

    Bakı. 2 dekabr. REPORT.AZ/ Bakıda məktəblərdən birinin həyətində 43 yaşlı kişi döyülüb.

    "Report"un xəbərinə görə, Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən 254 nömrəli orta məktəbin həyətində 43 yaşlı Beydullayev Əfqan Vahid oğlu naməlum şəxslə mübahisə edib. Mübahisə zəminində Ə.Beydullayev döyülərək ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.

    Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Ə.Beydullayevin dindirilməsi zamanı onun sərxoş olduğu müəyyənləşdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi