Bakıda məktəbin Azərbaycan və Rus bölmələrinin şagirdləri arasında bıçaqlaşma olub

Bakıda məktəbin Azərbaycan və Rus bölmələrinin şagirdləri arasında bıçaqlaşma olub Hadisə 151 saylı orta məktəbdə qeydə alınıb
Hadisə
10 Oktyabr , 2017 08:26
Bakıda məktəbin Azərbaycan və Rus bölmələrinin şagirdləri arasında bıçaqlaşma olub

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə 151 saylı orta məktəbdə qeydə alınıb.

Azərbaycan dili bölməsinin 8-ci sinfində oxuyan 2001-ci il təvəllüdlü Əliyev Fərid Elnur oğlu Rus dili bölməsinin eyni sinif şagirdi ilə mübahisə edib. Nəticədə F.Əliyev 2 bıçaq xəsarəti alıb. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları 151 saylı orta məktəbə cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi