Bakıda məktəbdən tapança və avtomat oğurlanıb

Bakıda məktəbdən tapança və avtomat oğurlanıb Bakıda məktəbdə oğurluq hadisəsi olub.
Hadisə
23 Aprel , 2021 12:21
Bakıda məktəbdən tapança və avtomat oğurlanıb

Bakıda məktəbdə oğurluq hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-nə keçən gecə rayon ərazisindəki tam orta məktəblərin birindən təlim üçün nəzərdə tutulən 1 ədəd “Glock” markalı qaz tapançası və 1 ədəd “AK-74” markalı avtomat silahı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Babayev saxlanılıb.

Son xəbərlər

Orphus sistemi