Bakıda məktəbdən nəvəsini gətirən yaşlı qadını "KamAZ" vurub

Bakıda məktəbdən nəvəsini gətirən yaşlı qadını "KamAZ" vurub Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir
Hadisə
6 Yanvar , 2017 10:46
Bakıda məktəbdən nəvəsini gətirən yaşlı qadını KamAZ vurub

Bakı. 6 yanvar. REPORT.AZ/ Bakıda 60 yaşlı qadını "KamAZ" vurub.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib. 

Belə ki, məktəbdən nəvəsini gətirən Firuzə Bayramova yolu keçmək istəyərkən onu "KamAZ" markalı yük avtomobili vurub. Ətrafda olan şəxslərin köməkliyi ilə F.Bayramova 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi