Bakıda məktəbdə yanğının söndürülməsi zamanı yanğınsöndürən xəsarət alıb

Bakıda məktəbdə yanğının söndürülməsi zamanı yanğınsöndürən xəsarət alıb Məktəbin müəllimlərindən birinin halı pisləşib
Hadisə
23 May , 2016 10:16
Bakıda məktəbdə yanğının söndürülməsi zamanı yanğınsöndürən xəsarət alıb

Bakı. 23 may. REPORT.AZ/ Bakı şəhəri, Xətai rayonunun Qaçaq Nəbi küçəsi 91 ünvanında yerləşən Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbdə baş verən yanğının söndürülməsi zamanı yanğınsöndürənlərdən biri əlindən xəsarət alıb.

Bu barədə "Report"un hadisə yerində olan əməkdaşı məlumat verib.

Bundan başqa, məktəbin müəllimlərindən birinin halı pisləşib.

Hər iki şəxsə ilkin tibbi yardım olunub.

Son xəbərlər

Orphus sistemi