Bakı. 5 aprel. REPORT.AZ/ Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 45 saylı tam orta məktəb şagirdin yıxılaraq xəsarət almasına münasibət bildirib. Məktəbdən "Report"a bildirilib ki, 1ç sinif şagirdi Heraçiyev Abdullah Mohimo oğlu tənəffüs zamanı dəhlizdə yıxılaraq xəsarət alıb: "Ona ilkin tibbi yardım göstərilib, təcili yardım çağırılıb və valideyn ilə birgə xəstəxanaya aparılıb. Məktəb kollektivi mütəmadi olaraq şagirdin səhhəti ilə maraqlanır. Onun səhhəti yaxşıdır".
*** saat 10:41
Bakı. 5 aprel. REPORT.AZ/ Bakıda məktəbdə 1-ci sinif şagirdi yıxılaraq xəsarət alıb.
"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, N.Nərimanov adına 45 saylı orta məktəbin 1-ci sinfində oxuyan 2010-cu il təvəllüdlü Abdulla Heraçiyev məktəbin pilləkənindan yıxılaraq bədən xəsarətləri alıb. O, "Təcili yardım" maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Məktəblinin nəzarətsiz vəziyyətdə yıxılmasının səbəbləri araşdırılır.