Bakıda məktəb şagirdi özünü 10-cu mərtəbədən ataraq intihar edib

Bakıda məktəb şagirdi özünü 10-cu mərtəbədən ataraq intihar edib Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
22 Noyabr , 2016 17:56
Bakıda məktəb şagirdi özünü 10-cu mərtəbədən ataraq intihar edib

Bakı. 22 noyabr. REPORT.AZ/ Bakıda 9-cu sinif şagirdi intihar edib.

"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonu Ağa Neymətulla küçəsi ev 72 ünvanında qeydə alınıb.

Belə ki, 2002-ci il təvvəllüdlü Sara Sadıqlı özünü binanın 10-cu mərtəbəsindən yerə atıb. S.Sadıqlı hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Şagirdin intihar etməsinin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi