Yuxarı

Bakıda dərs zamanı səs salan şagird müəllimin oğlu tərəfindən döyülüb

Uşaq kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib

Bakı. 20 sentyabr. REPORT.AZ/ Qaradağ rayonunun Ələt qəsəbəsində məktəbli uşaq döyülüb.

1 saylı Şəhər Kliniki Xəstəxanasından "Report"a verilən məlumata görə, 16 yaşlı Muradov Mustafa Fazil oğlu kəllə-beyin travması və çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, 127 saylı məktəbin şagirdi Mustafa Muradovu müəlliminin oğlu döyüb. Hadisə Mustafanın müəllimin dərsində nadinclik etməsi üstündə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi