Yuxarı
    Bağlamaq

    Bakıda məktəb direktorunun otağından oğurluq olub

    Oğurluqda şübhəli bilinən şəxs tutulub

    Bakı. 17 iyul. REPORT.AZ/ Bakıda məktəb direktorunun otağından oğurluq olub.

    “Report”un xəbərinə görə, hadisə keçən həftə, iyulun 11-də qeydə alınıb.

    Belə ki, paytaxtın Nəsimi rayonu ərazisində yerləşən 46 saylı məktəbdə qeydə alınıb. Orada məktəb direktoru Sevinc Budaqovanın otağından 900 manat pul və sənəd olan pulqabısı oğurlanıb.

    Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ordubad rayon sakini, əvvəllər məhkum olunmuş Ağamalı Əliyev tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi