Yuxarı

Bakıda məktəb direktorunun kabinetindən oğurluq edilib

Faktla bağlı araşdırma aparılır

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bakıda məktəb direktorunun kabinetindən oğurluq edilib. Bu barədə “Report”a Suraxanı Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

Belə ki, Suraxanı rayonunda yerləşən 85 saylı orta məktəbin direktoru Maksud Əhmədov polisə müraciət edərək otağından oğurluq edildiyini bildirib.

Direktorun otağından nə oğurlandığı açıqlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi