Bakıda məktəb direktorunun bağ evindən oğurluq edən bağbana hökm oxunub

Bakıda məktəb direktorunun bağ evindən oğurluq edən bağbana hökm oxunub Bakı. 16 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda təqsirləndirilən Mehman Rzayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
16 Fevral , 2018 14:19
Bakıda məktəb direktorunun bağ evindən oğurluq edən bağbana hökm oxunub

Bakı. 16 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda təqsirləndirilən Mehman Rzayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Rzayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin fevralında Çimnaz Səlimzadəyə məxsus Novxanı qəsəbəsində yerləşən bağ evində baş verib. M.Rzayev həmin evdə gözətçi işləyərkən, evdə olan ümumilikdə 84 min manat dəyərində əşyaları ayrı-ayrı vaxtlarda satmaqda, ev sahibinə məxsus idman alətlərini, qədim qabları internet üzərindən satışa çıxarmaqda ittiham olunur.

İş üzrə zərərçəkmiş Ç.Səlimzadənin Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki 11 saylı internat məktəbin direktoru olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi