Bakı. 16 mart. REPORT.AZ/ Bakıda məişət tullantılarını yandıran şəxs yanaraq ölüb.
"Report"un xəbərinə görə, hadisə Bakının Xətai rayonunda qeydə alınıb.
Belə ki, Babək prospektində tikilməkdə olan 16 mərtəbəli binanın 2-ci mərtəbəsində Tovuz rayon sakini Muradxan Qarayev məişət tullantılarını yandırarkən yanıq xəsarətləri alıb.
O, yerləşdirildiyi xəstəxanda ölüb.