Bakıda “Mehriban qonşular” küçəsində qadınlar arasında dava düşüb

Bakıda “Mehriban qonşular” küçəsində qadınlar arasında dava düşüb Xəsarət alan var
Hadisə
17 Aprel , 2017 10:16
Bakıda “Mehriban qonşular” küçəsində qadınlar arasında dava düşüb

Bakı. 17 aprel. REPORT.AZ/ Bakıda qonşular arasında əlbəyaxa dava düşüb.

"Report"un xəbərinə görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, "Mehriban qonşular" küçəsində qeydə alınıb.

Belə ki, iki qonşu qadın arasında əlbəyaxa dava düşüb. Nəticədə 1971-ci il təvəllüdlü Mirzəyeva Alidə Fərəməz qızı qapalı kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

A.Mirzəyeva polisə izahatında bildirib ki, kanalzasiya xəttinin onların həyətyanı sahəsinə axıdılması səbəbindən mübahisə baş verib, mübahisə sonda əlbəyaxa davaya çevrilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi