Yuxarı

​Bakıda məhkum kustar üsulla tapança hazırlayıb

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır

Bakı. 26 fevral. REPORT.AZ/ Bakıda məhkum kustar üsulla tapança hazırlayıb.

“Report”un xəbərinə görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Müalicə Müəssisəsində cəza çəkən 1989-cu il təvəllüdlü Ramil Məmmədov Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda basdırdığı, kustar üsulla hazırladığı tapançanı könüllü olaraq çıxararaq müəssisəyə təhvil verib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi