Yuxarı

Bakıda məhkum həbsdən əvvəl gizlətdiyi “Vinçester” tüfəngini və güllələri təhvil verib

Bakıda məhkum həbs edilməmişdən əvvəl gizlətdiyi “Vinçester” tipli tüf

Bakıda məhkum həbs edilməzdən əvvəl yaşadığı ünvanda gizlətdiyi 1 ədəd “Vinçester” tipli tüfəngi və ona aid 8 ədəd gülləni könüllü təhvil verib.

Bu barədə "Report"a Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Penitensiar Xidmətin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Belə ki, Penitensiar Xidmətin, Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin və Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 32.4,312-1.2; 32.4,312.2; 178.2.4; 66.3 və 66.4-cü maddələri ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Musayev Elçin İbrahim oğlu həbs edilməzdən əvvəl yaşadığı ünvanda gizlətdiyi 1 ədəd “Vinçester” tipli tüfəngi və ona aid 8 ədəd gülləni könüllü təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi