Bakıda məhkəmə zalından həbs edilən şəxs apellyasiya şikayəti verib

Bakıda məhkəmə zalından həbs edilən şəxs apellyasiya şikayəti verib Məhkəmənin növbəti iclası iyulun 5-nə təyin edilib
Hadisə
30 İyun , 2018 14:16
Bakıda məhkəmə zalından həbs edilən şəxs apellyasiya şikayəti verib

Bakı. 30 iyun. REPORT.AZ/ Bakıda vətəndaşların etibarından sui-istifadə edərək dələduzluqda təqsirləndirilən Azər Ağayev barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində ilkin hazırlıq iclası keçirilib.

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 5-nə təyin edilib.

Qeyd edək ki, vətəndaşların etibarından sui-istifadə edərək dələduzluqda təqsirləndirilən Xatirə Hüseynova və Azər Ağayev Bakıda özlərinə məxsus olmayan torpaq sahələrini vətəndaşlara satmaqda ittiham edilir.

İş üzrə ümümi ziyan 22 min manatdır. X.Hüseynova ilə A.Ağayev uzun müddət istintaqdan gizlənə bilib və onların barəsində axtarış qərarı verilib.

Daha sonra hər iki şəxs saxlanılıb, A.Ağayevin barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Hüseynova 3 il və A.Ağayev isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan A.Ağayev məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan A.Ağayev apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi