Bakıda məhkəmə iki maddə ilə təqsirləndirilən şəxsə bəraət verib

Bakıda məhkəmə iki maddə ilə təqsirləndirilən şəxsə bəraət verib Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
29 Dekabr , 2016 15:59
Bakıda məhkəmə iki maddə ilə təqsirləndirilən şəxsə bəraət verib

Bakı. 29 dekabr. REPORT.AZ/ Bu gün Nəsimi Rayon Məhkəməsində narkotik və qanunsuz silah gəzdirməkdə təqsirləndirilən Cəfər Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə "Report"a C.Ağayevin vəkili Adəm Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə C.Ağayevə bəraət verilib.

Qeyd edək ki, C.Ağayev Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi