Bakıda məhkəmə iclası zamanı təqsirləndirilən şəxs özünü ülgüclə doğrayıb

Bakıda məhkəmə iclası zamanı təqsirləndirilən şəxs özünü ülgüclə doğrayıb Faktla bağlı araşdırma aparılır
Hadisə
24 Yanvar , 2017 14:38
Bakıda məhkəmə iclası zamanı təqsirləndirilən şəxs özünü ülgüclə doğrayıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Bakının Xəzər Rayon Məhkəməsində məhkəmə iclası zamanı təqsirləndirilən şəxs özünü ülgüclə doğrayıb.

"Report"un xəbərinə görə, hadisə hakim Zeynəb Axundovanın sədrliyi ilə keçirilən məhkəmə prosesi zamanı baş verib.

Məlumata görə, məhkəmənin gedişindən narazı olan təqsirləndirilən Şəhriyar Abdullayev məhkəmə nəzarətçilərinin və proses iştirakçılarının gözləri qarşısında əvvəlcədən üzərində gizlətdiyi ülgüc ilə boğaz və qol nahiyələrinə xəsarət yetirib.

O, "Təcili yardım" avtomobili ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ş.Abdullayev Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə təqsirləndirilir.

Son xəbərlər

Orphus sistemi