Bakıda mebel sexində yanğın baş verib

Bakıda mebel sexində yanğın baş verib Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən mebel sexində yanğın baş verib.
Hadisə
7 Fevral , 2022 14:29
Bakıda mebel sexində yanğın baş verib

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən mebel sexində yanğın baş verib.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, bu gün səhər saatlarında nazirliyin "112" qaynar telefon xəttinə Keşlə qəsəbəsində yerləşən mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub: "Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Yanğından mühafizə qüvvələrinin vaxtında və çevik müdaxiləsi sayəsində sexdəki yanğının genişlənməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin edilib. Yanğın nəticəsində ümumi sahəsi 200 m² olan mebel sexinin içərisində 10 m² sahədə taxta materiallar yanıb, sex və içərisindəki materialların böyük hissəsi yanğından mühafizə olunub".

Son xəbərlər

Orphus sistemi