Bakıda mebel mağazasında satıcının pulqabısı oğurlanıb

Bakıda mebel mağazasında satıcının pulqabısı oğurlanıb Bakıda mebel mağazasında satıcının pulqabısı oğurlanıb.
Hadisə
10 Fevral , 2022 10:58
Bakıda mebel mağazasında satıcının pulqabısı oğurlanıb

Bakıda mebel mağazasında satıcının pulqabısı oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə fevralın 2-də rayon ərazisindəki mebel mağazalarının birində satıcı, Bakı şəhər sakini Ş.Mahmudovanın içərisində 1 500 manat olan pulqabısınını oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Masallı rayon sakini A.Əliyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi