Bakı. 22 fevral. REPORT.AZ/ Bakının Nizami rayonunda vətəndaşa məxsus mebel firmasının içərisində tikilmiş məişət otağında yanğın baş verib.
"Report" xəbər verir ki, anbarın qalan hissəsi və içərisində olan mebel məmulatları yanğından mühafizə olunub.
Yanğın saat 09:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.