Bakıda marşrut avtobusu qəzaya uğrayıb, xəsarət alan var - VİDEO - YENİLƏNİB-2

Bakıda marşrut avtobusu qəzaya uğrayıb, xəsarət alan var - VİDEO - YENİLƏNİB-2 Hadisə baş verən zaman avtobusda sərnişin olmayıb
Hadisə
25 İyul , 2017 10:48
Bakıda marşrut avtobusu qəzaya uğrayıb, xəsarət alan var - VİDEO - YENİLƏNİB-2

Video əlavə olunub


*** 01:28

Bakı. 25 iyul. REPORT.AZ/ NZS qəsəbəsində qəza törədən marşrut avtobusunun sürücüsünün kimliyi bəlli olub.

"Report" xəbər verir ki, o, 39 yaşlı Kərimov Ziyafət Müşviq oğludur.

Qəza nəticəsində onun döş qəfəsi əzilib və 3 saylı kliniki tibbi mərkəzə yerləşdirilib.

Həkimlər onun vəziyyətinin ağır olduğunu deyirlər.


*** 00:44

Bakı. 24 iyul. REPORT.AZ/ Bakıda marşrut avtobusu qəza törədib.

"Report" xəbər verir ki, hadisə NZS qəsəbəsində baş verib.

10-TG-014 dövlət qeydiyyat nişanlı 32 saylı marşrut avtobusu avtoyuma məntəqəsindən çıxıb qaraja gedərkən sürücü idarəetməni itirib və yol kənarındakı hasara çırpılıb. Hadisə baş verən zaman avtobusda sərnişin olmayıb.

Avtobusun sürücüsü ağır xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi