Bakıda maskalılar qadının evinə hücum edərək onu döyüb, pullarını aparıb

Bakıda maskalılar qadının evinə hücum edərək onu döyüb, pullarını aparıb Qadın xəstəxanaya yerləşdirilib
Hadisə
7 İyun , 2016 12:58
Bakıda maskalılar qadının evinə hücum edərək onu döyüb, pullarını aparıb

Bakı. 7 iyun. REPORT.AZ/ Bakı şəhərində maskalı şəxslər mənzilə hücum edib.

“Report”un xəbərinə görə, hadisə Nizami rayonunun Keşlə qəsəbəsində baş verib.

Naməlum şəxslər mənzildə tək olan ev sahibi Firəngiz Həsənovanın əl-qolunu və ağzını yapışqanlı lentlə bağlayıb və onu döyüblər.

Mənzildə olan pulları və qiymətli əşyaları götürən naməlum şəxslər hadisə yerindən qaçıblar.

F.Həsənova xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi