Yuxarı
    Bağlamaq

    Bakıda maşınla qadını vuran sürücü onu xəstəxanaya apardıqdan sonra qaçıb

    Hadisəni törədən sürücünün kimliyi araşdırılır
    © Report.az

    Bakı. 11 iyul. REPORT.AZ/ Bakının Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    "Report"un xəbərinə görə, Şüvəlan qəsəbəsində yolu keçmək istəyən 30 yaşlı qadını minik avtomobili vurub.

    Qadının ağır xəsarət aldığını görən sürücü onu xəstəxanaya yerləşdirib, daha sonra isə məsuliyyətdən yayınmaq üçün xəstəxanadan qaçıb.

    Faktla bağlı Xəzər Rayon Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşları hadisəni törədən sürücünün kimliyini araşdırır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi