Bakıda maşının vurduğu qadın həkimlərə hamamda yıxılaraq xəsarət aldığını bildirib

Bakıda maşının vurduğu qadın həkimlərə hamamda yıxılaraq xəsarət aldığını bildirib Zərərçəkmiş sınıq xəsarətləri ilə xəstəxanaya daxil olub
Hadisə
4 Sentyabr , 2017 03:39
Bakıda maşının vurduğu qadın həkimlərə hamamda yıxılaraq xəsarət aldığını bildirib
Foto: Report.az

Bakı. 4 sentyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda piyadanı maşın vurub.

“Report” xəbər verir ki, 37 yaşlı Cabbarova Zülfiyyə Aqşin qızı sınıq xəsarətləri ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

O həkimlərə hamam otağında yıxılaraq xəsarət aldığını bildirib. Tibb işçiləri faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat veriblər. Polis əməkdaşları müəyyən ediblər ki, Z.Cabbarovanı Maştağa qəsəbəsində minik avtomobili vurub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Hadisəni törədən sürücünün axtarışına başlanılıb.

Son xəbərlər

Orphus sistemi