Bakıda maşını vurulan şəxs qəzanı törədən sürücünü döyərək burnunu qırıb

Bakıda maşını vurulan şəxs qəzanı törədən sürücünü döyərək burnunu qırıb Hadisə Babək prospektində baş verib
Hadisə
15 Fevral , 2018 04:57
Bakıda maşını vurulan şəxs qəzanı törədən sürücünü döyərək burnunu qırıb

Bakı. 15 fevral. REPORT.AZ/ Bakının Nizami rayonunda yol qəzası sürücülər arasında əlbəyaxa dava ilə nəticələnib.

"Report" xəbər verir ki, Babək prospektinin Keşlə qəsəbəsi ərazisinə düşən hissəsində 1983-cü il təvəllüdlü Rəsulov Əflatun Tahir oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə markası məlum olmayan başqa bir maşının arxa hissəsinə çırpılıb.

Nəticədə sürücülər arasında dava düşüb. Bu zaman vurulan avtomobilin sürücüsü Ə.Rəsulovun üz nahiyəsinə yumruq zərbəsi endirib və onun burun sümüyü qırılıb. Bundan başqa o, bədəninin müxtəlif nahiyələrindən travma alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi