Bakıda maşın piyadanı vuraraq öldürüb

Bakıda maşın piyadanı vuraraq öldürüb Bakının Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində, dəmirloyu üzərində yerləşən yol ötürücüsünün (keçmiş Çermet körpüsü) altında piyadanı maşın vurub.
Hadisə
12 May , 2019 04:52

Bakının Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində, dəmirloyu üzərində yerləşən yol ötürücüsünün (keçmiş Çermet körpüsü) altında piyadanı maşın vurub.

"Report" xəbər verir ki, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsində baş vermiş hadisəni “Mercedes” markalı avtomobilin sürücüsü törədib.

Təqribən 50-55 yaşlı kişi aldığı bədən xəsarətləri nəticəsində qəza yerində dünyasını dəyişib. Meyitin şəxsiyyəti məlum deyil.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi