Yuxarı

Bakıda maşın işıq dirəyinə çırpılıb, sürücü yaralanıb

Sıxılmış vəziyyətdə qalan sürücünü avtomobildən çıxarılıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Axşam saatlarında Bakının Nizami rayonunda “Toyota” markalı minik avtomobilinin yol kənarındakı işıq dirəyinə çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalan sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi