​Bakıda maşın dairəyə çırpılıb, sürücü ölüb

​Bakıda maşın dairəyə çırpılıb, sürücü ölüb Hadisə gecə saatlarında Qaradağ ərazisində baş verib
Hadisə
15 Aprel , 2016 06:20
​Bakıda maşın dairəyə çırpılıb, sürücü ölüb

Bakı. 15 aprel. REPORT.AZ/ Bu gün səhər saat 5 radələrində Bakının Qaradağ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, bu barədə qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Qəza “VAZ” markalı minik avtomobilinin dairəyə çırpılması nəticəsində baş verib.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub, avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü, 1992-ci il təvəllüdlü Vüsal Aslan oğlu Cəbrayılzadənin cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi