Yuxarı
    Bağlamaq

    ​Bakıda maşın dəmir çəpərə çırpılıb, sürücü xəsarət alıb

    Sürücü xüsusi alət və avadanlıqlarla avtomobildən çıxarılıb

    Bakı. 1 İyul. REPORT.AZ/ Səhər saatlarında Bakının Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı dəmir çəpərə çırpılıb.

    "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə nəticəsində, avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

    Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verərək ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi