Bakıda maşın 3 piyadanı vurub, biri ölüb

Bakıda maşın 3 piyadanı vurub, biri ölüb Bakının Binəqədi rayonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
9 May , 2019 01:31
Bakıda maşın 3 piyadanı vurub, biri ölüb

Bakının Binəqədi rayonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, sürücü Elyar Əliyev idarə etdiyi "Opel" markalı avtomobillə DİN Baş Dövlət Yol Polisi İdarəsinin "Ekologiya postu" yaxınlığında yolu keçmək istəyən 3 piyadanı vurub.

Xəsarəti nisbətən yüngül olan iki yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyəti ağır olan 1992-ci təvəllüdlü digər yaralı Çobanov Rüfət Mehman oğlu Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi