Bakıda marşrut avtobusunda yanğın təhlükəsi yaranıb, sərnişinlər təxliyə olunub - FOTO

Bakıda marşrut avtobusunda yanğın təhlükəsi yaranıb, sərnişinlər təxliyə olunub - FOTO 49 saylı marşrut avtobusu metronun "Xətai" stansiyası yaxınlığında tüstülənməyə başlayıb
Hadisə
13 İyul , 2016 10:36
Bakıda marşrut avtobusunda yanğın təhlükəsi yaranıb, sərnişinlər təxliyə olunub - FOTO

Bakı. 13 iyul. REPORT.AZ/ Bakıda yanğın təhlükəsi ilə əlaqədar marşrut avtobusunun sərnişinləri təxliyə edilib. 

"Report" xəbər verir ki, 49 saylı marşrut avtobusu metronun "Xətai" stansiyası yaxınlığında tüstülənməyə başlayıb. 

Tüstülənmə avtobusun əyləc hissəsində olub. Bundan sonra sərnişinlər təxliyə edilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi