Bakı. 5 aprel. REPORT.AZ/ Bakının Suraxanı rayonunda bıçaqanma hadisəsi baş verib.
"Report"un məlumatına görə, 1977-ci il təvəllüdlü Vəliyev Cəlal Vahid oğlu Günəşli qəsəbəsinin D massivində marketə getmək üçün evdən çıxıb.
Lakin o, binanın girişində tanımadığı şəxslə əlbəyaxa dava edib. Nəticədə C.Vəliyevə 3 bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.